Trampın sözçüsündən Türkiyə barədə ilginc - Açıqlama

 
Yeni ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə sözçüsü general-leytenant Maykl Flayn Türkiyə ilə əməkdaşlıq münasibətlərini bərpa etmək üçün xarici siyasətdə bəzi tənzimləmələrə ehtiyac olduğunu deyib.
 
Axar.az xəbər verir ki, Trampın quracağı yeni kabinetdə vəzifə alacağı iddia edilən Flaynın ABŞ-ın “Hill” (The Hill) saytında "Müttəfiqimiz Türkiyə böhran içindədir, dəstəyimizə ehtiyacı var" başlıqlı məqaləsi dərc olunub.
 
Barak Obamanın Ankaranı kifayət qədər anlamadığını qeyd edən Flayn Türkiyənin Amerikanın maraqları baxımından önəmli bir ölkə, eləcə də İraq və Suriyada İŞİD-lə mübarizədə ən güclü müttəfiq olduğunu bildirib.
 
FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə bağlı məsələlərə də toxunan sözçü onu Bin Ladenə bənzədib.
 
“Biz Fətullah Gülənə sığınacaq verməklə ən böyük müttəfiqimizi itiririk. 11 Sentyabr hadisələrindən sonra Türkiyənin Üsamə Bin Ladenə sığınacaq verdiyini öyrənsəydik, nə edərdik? ABŞ terrorçuları Türkiyəyə verməlidir”, - deyə, Flayn bildirib.

Загрузка...
Загрузка...