Trampın qəribə VƏRDİŞLƏRİ - Ən qorxduğu şey...

"The Independent" nəşri ABŞ prezidentinin qəribə vərdişləri haqda yazı hazırlayıb.
Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, daxili qeyri-rəsmi qaydalara əsasən, Ağ Evdəki televizor pultlarına yalnız D.Tramp və texniki dəstək əməkdaşları toxuna bilər. Bundan başqa, D.Trampın şəxsi gigiyena məsələlərinə ciddi diqqət yetirdiyi qeyd olunur. Onun yoluxucu xəstəliklərədən çox qorxduğu və bu səbəbdən əllərini tez-tez yuduğu da bildirilir.
Nəşrin məlumatına görə, D.Tramp fastfud təamlarına üstünlük verir və gün ərzində 12 bankayadək diyetik kola içir.
Daha bir qəribə vərdiş prezident iqamətgahı ilə bağlıdır. Məlumata görə, D.Tramp qonqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir.

Загрузка...
Загрузка...