Trampın qələbəsini demişdi - İmpiçmentini də dedi

 
 “Vaşinqton Post” yazır ki, Donald Trampın seçkidə qalib gələcəyini proqnozlaşdıran azsaylı şəxslərdən biri - professor Allan Liçtman həm də onun impiçmentini proqnoz edibmiş.
 
Turaninfo.az Azadlıq radiosuna istinadla bildirir ki, o, Trampın ABŞ-ın ən yüksək kürsüsünə sahiblənəcəyi barədə dəqiq proqnozu özünün məşhur “Ağ Evə gedən 13 açar” metodu ilə müəyyən etmişdi.
 
Lakin hələ sentyabr ayında verdiyi bəyanatda professor Trampın nəticədə impiçment ediləcəyini də proqnozlaşdırıb. Amma o deyib ki, bu proqnozu heç bir elmi metodla yox, şəxsi intusiyası ilə verir.
 
Professor bildirib ki, respublikaçılar üçün vise-prezident Mayk Pens daha münasib şəxsdir.
 
Onu partiyadaşlarının çoxu tanıyır və etimad göstərir.
 
“Vaşinqton Post” yazır ki, professor Liçtman Donald Trampın kürsüdən kənarlaşdırılacağını proqnozlaşdıran yeganə şəxs deyil.
 
“Nyu York Tayms” qəzetindən Devid Bruks belə bir fikir söyləyib ki, Tramp çox güman bir il ərzində ya impiçment ediləcək, ya da istefa verəcək.
 
Liçtmana gəlincə isə o, 1984-cü ildən bəri bütün seçkilərin nəticələrini düz proqnozlaşdırıb, yalnız 2000-ci ildə Albert Qor barəsində səhvə yol verib.
 
Professor bildirib ki, rəy sorğuları ilə proqnozları qarışdırmaq olmaz. Rəy sorğuları saxtalaşdırıla və ya subyektivləşdirilə bilər.
 
Sonuncu rəy sorğuları noyabrın 8-də keçirilən seçkidə demokratların namizədi olan Hillari Klintonun təxminən 70% səslə qalib gələcəyini göstərmişdi. Amma Donald Tramp qalib gəldi.

Загрузка...
Загрузка...