​Trampın qələbəsi varlılara 41 milyard dollar ziyan vurub

 
Dünyanın varlı adamları ABŞ-da keçirilən prezident seçkisində milyarder Donald Trampın qələbə qazanması səbəbindən 41 milyard dollar itiriblər.
 
Turaninfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi araşdıma aparıb.
 
Məlumata görə, ən çox itirən Meksikanın varlı adamı Karlos Slim-Eludur. Onun var-dövləti 9,2 faiz, yaxud 5,1 milyard dollar azalıb. Digər meksikalı 10 varlı adamın varidatına 6,5 milyard dollar ziyan dəyib. Həmçinin Meksika varlıları sırasında 4-cü yerdə olan Yeva Qonda Rivera adlı iş adamı 487 milyon dollar itirib.
 
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edib.

Загрузка...
Загрузка...