​Trampın prezident seçilməsi dünya fond birjaları və bazarları çalxalayır, neft ucuzlaşır, qızıl bahalaşır

 
Bu hadisədən ən çox dəyər itirən meksika pesosu olub, o 1994-cü il devalvasiya böhranından sonra dollara nəzərən ən aşağı səviyyədə ucuzlaşıb
 
İqtisadçı alim Qubad İbadoğlu facebook soaial şəbəkəsində Amerikada keçirilən prezidet seçkilərinin dollar və dünya birjalarına təsirindən yazıb.
 
Musavat.com-un məlumatına görə, Q.İbadoğlu bildirib ki, ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampin prezdient seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib: “İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri aşağə düşüb, Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb. Hazrıda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 5 faiz, Avropa bazarını xarakteriszə edən Euro Stoxx 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi 2,6 faiz faiz dəyər itirib.
 
Meksika pesosu ilk dəfə olaraq 12 faiz aşağı düşərək, 1 dollara 20 peso həddinə yaxınlaşıb, yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb.
 
İqtisadçı qeyd edib ki, bu hələ son deyil və təbii ki, bu dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək.