Trampın görüşdüyü azərbaycanlı qız - FOTO/VİDEO

 
 
 
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Azərbaycanla müxtəlif əlaqələr bağlayır.
 
Yeni seçilən prezidenti əksər azərbaycanlılar Bakıdakı "Tramp Tower" oteli, Azərbaycan biznesmenləri ilə dostluq etməsi və digər biznes fəaliyyətləri ilə tanıyır.
 
Trampla ölkəmizi bağlayan ən diqqətçəkən fakt isə onun bir müddət əvvəl azərbaycanlı qızla görüşməsidir.
 
Donald Tramp2013-cü ildə  "Kainat gözəli-2013" yarışmasının  azərbaycanlı gözəli Aysel Manafova ilə görüşüb. Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə keçirilən yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutub. Şou iki mərhələdən ibarət olub.
 
Aysel Trampla görüşməsi barədə mətbuata açıqlamasında bunları deyib: "Trampla  gözəllərlə təşkilatçıların təşkil etdiyi partidə bir araya gəldim. Obamanın istehzası yersizdir. Tramp Miss USA-nın təşkilatçısı idi. O təşkilatçı kimi iştirakçılarla görüşür. Belə axşamlarda o, müsabiqənin iştirakçıları ilə söhbət edir. Burda pis məna ola bilməz. Ola bilər ki, onun daim gözəllərin arasında olmasına istehza edib. Amma o görüşdə pis məqsəd olmayıb”.
 
Aysel Manafova “Miss Azərbaycan 2012” müsabiqəsinin qalibi olub.

Загрузка...
Загрузка...