Trampın evi "keçi qiymətinə" satışa çıxarıldı - FOTO/VİDEO

 
 
Moderator.az xəbər verir ki, Tramp ailəsinin vaxtilə yaşadığı mənzil-ev satışa çıxarılıb. Evin indiki sahibi  Kestenberq hələ oktyabr ayında evi qiymətindən də aşağı -782.000 dollara satışa çıxarıb. Seçki prosesində Kestenberq satış elanını dayandırıb və seçkilərdən sonra yenidən elan verib.
 
Qeyd edək ki, bu evi milyarderin atası 1940-cı ildə tikib. İkimərtəbəli villanın 6 yataq otağı, 5 vanna otağı var.
 
Ev Nyu-Yorkun böyük rayonu sayılan Lonq-Aylenddə bahalı bir bölgədə yerləşir. Ev satışı ilə məşğul olan mütəxəssislər evi həqiqi dəyərindən 10 dəfədən baha - 10 milyon dollara   satmağı planlaşdırırlar.
 
Auksion dekabrın ilk həftəsində keçiriləcək.
 
Moderator.az  yeni seçilmiş  Amerika prezidentinin uşaqlığının keçdiyi evin foto və videosunu təqdim edir.