Trampın arvadının çılpaq şəkilləri yayıldı - ŞOK ZƏRBƏ

 
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın həyat yoldaşı Melanyanın çılpaq şəkilləri dərc olunub.
 
Teleqraf.com xəbər verir ki, şəkillər Amerikanın ən nüfuzlu mətbu orqanlarından sayılan "New York Post" qəzetinin ilk səhifəsində yerləşdirilib. Şəkillərin üzərinə isə belə bir başlıq yazılıb: "Siz heç vaxt belə potensial birinci ledi görməmisiniz".
 
Məlumatlara görə, fotolar 1995-ci ildə “Max” jurnalı üçün çəkilib:
 
"Donald Tramp hesab edir ki, onun arvadı nümunəvi birinci ledi olacaq, bax bu da sübutdur". – deyə "New York Post" yazır.
 
Qeyd edək ki, Tamp və Melanya 2005-ci ildən evlidirlər.