​Trampı təbrik edən ilk prezident Putin oldu

 
Rusiya Prezidenti Vladimir Putin ABŞ-da keçirilən 45-ci prezident seçkilərində qalib gəlmiş respublikaçı namizəd Donald Trampı qələbə qazanması münasibətilə təbrik edib.
 
Məlumatı RİA Novosti yayıb.
 
Putin Rusiya-ABŞ arasında son zamanlar yaranmış gərginliyin aradan qaldırılacağına, eləcə də qlobal təhlükəsizlik kimi aktual məsələlərin həllində əməkdaşlıq edəcəklərinə ümid etdiyini bildirib, ona işində uğurlar arzulayıb.