“Trampı saymırıq” Pentaqondan açıqlama

 
 
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Piter Kuk ABŞ-ın yeni prezidenti Trampın açıqlamalarını nəzərə almadıqlarını, Avropadakı qoşunlarını planlaşdırılan şəkildə gücləndirməyə davam edəcəklərini deyib.
 
O, NATO-dakı müttəfiqləri ilə birlikdə şərtləşdikləri planları həyata keçirdiklərini vurğulayıb:
 
“NATO-dakı müttəfiqlərimizlə şərtləşdiyimiz şəkildə planlarımızı həyata keçiririk. Yeni seçilən siyasətçilər planlarını fəaliyyətə başladıqdan sonra həyata keçirəcəklər. Hazırda bizim Ali Baş Komandanımız var”.
 
Qeyd edək ki, prezidentlik vəzifəsinə yanvar ayında başlayacaq Tramp seçkiöncəsi çıxışlarında NATO-nu “dəbdən düşmüş” bir qurum adlandırmış, Alyansa ödəniləçək pulların kəsiləcəyini bildirmişdi. Bu da Avropa ölkələrində narahatlığa səbəb olmuşdu.