​Trampı öldürmək istədilər - VİDEO

 
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Nevada ştatının Rino şəhərində çıxış edərkən təhlükə ilə üzləşib.
 
Teleqraf.com xəbər verir ki, namizədin çıxışını dinləyənlər arasında silahlı şəxsin olması təhlükəsizlik qüvvələrinin diqqətini cəlb edib.
 
Silahlı dərhal zərərsizləşdirilib. Trampın çıxışı yarımçıq saxlanılıb  və cangüdənləri tərəfindən tribunadan uzaqlaşdırılıb.
 
Yenidən tribunaya çıxan Tramp "məni heç vaxt dayandıra bilməyəcəklər" deyərək çıxışına davam edib.