Trampdan Fələstinə qarşı növbəti addım - 8 maddəlik “YOL XƏRİTƏSİ”

Baxış sayı: 
142

ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail danışıqlarında ABŞ-ın vasitəçilik missiyasının bitdiyini elan edən Fələstin lideri Mahmud Abbasa qarşı hərəkətə keçir.
Publika.az xəbər verir ki, bu haqda İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “Debka” portalı yazıb.
Portalın yazdığına görə, ABŞ Fələstin rəhbərliyinə qarşı maliyyə və siyasi məhdudiyyətlər tətbiq edəcək.
Qeyd edilir ki, Ağ Ev ötən həftə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed vasitəsilə Mahmud Abbasa gərginliyin azaldılması üçün təklif göndərib. Lakin Fələstin lideri Ağ evin təklifin rədd edib. ABŞ bundan sonra Fələstinə qarşı sanksiyaların tətbiqi barədə qərar verib.
“Debka”nın xəbərinə görə, diplomatik qrupla bir araya gələn Tramp 8 maddəlik “yol xəritəsi”ni müəyyənləşdirib. İsrail-Fələstin sülh müqaviləsinin bağlanması üçün danışıqların yalnız Tel-Avivlə ərəb ölkələri arasında davam etdirilməsinə qərar verən Tramp Vaşinqton ilə Fələstin arasında əlaqələri mərhələli şəkildə dondurmağı planlaşdırır.
“Yol xəritəsi”ndə həmçinin fələstinli səlahiyyətlilərin bir daha ABŞ-a dəvət edilməməsi, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin bağlanılması və sülh danışıqlarında Mahmud Abbası təmsil edən Saab Ərəkatın Ağ Evə dəvət edilməməsi yer alıb.
Vaşinqtonun həmçinin, Fələstinə ayrılan 1 milyard dollar yardımın dayandırılması üçün BMT-yə təzyiq göstərəcəyi bildirilir. Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də Fələstinə edilən yardımlarla əlaqədar xəbərdarlıq edəcəyi deyilir.
Ömər

Загрузка...
Загрузка...