​Trampdan FETÖ sensasiyası: “Çevrilişi onlar hazırladı”

 
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı sensassiyalı məlumat yayıb.
 
Axar.az xəbər verir ki, milyarder iş adamı Tvitter hesabında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 13 əməkdaşının çevrilişə kömək etdiyini deyib:
 
“13 MKİ rəsmisi 15 iyul çevriliş cəhdinə kömək etdi. Buna aid dəlillərim var. Qarşıdan gələn günlərdə adları açıqlayacağam”.
 
Lakin qısa müddətdən sonra Tramp bu tvitini silib.