Tramp əzəli düşməninə vəzifə təklif etdi


ABŞ-ın yeni lideri Donald Tramp 2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mit Romni ilə görüşüb.
 
Axar.az xəbər verir ki, tərəflər Trampın Nyu-Cersidəki qolf klubunda bir araya gəlib.
 
Məlumata görə, yeni lider Romniyə dövlət katibliyi vəzifəsini təklif edib.
 
Qeyd edək ki, görüşlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
 
Xatırladaq ki, seçkidən öncə təşviqat prosesləri zamanı Romni və Tramp bir-birilərinin ünvanına ağır ifadələr işlətmişdilər.