​Tramp şəxsi kəşfiyyat şəbəkəsi qurur - “Dərin dövlət”lə MÜHARİBƏ

Baxış sayı: 
150

ABŞ prezidenti Donald Tramp “dərin dövlət”lə mübarizəsi çərçivəsində xüsusi kəşfiyyat şəbəkəsini qurmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu iddialarla “The Intercept” və “Newsweek” nəşrləri çıxış edib.
İddialara görə, qlobal miqyaslı şəbəkənin rəhbərliyinə İraq və Əfqanıstanda müharibə cinayətlərində təqsirləndirilən və ABŞ-ın ən böyük özəl hərbi şirkəti olan “Blackwater”in (hazırda Alkemi adlanır) qurucusu Erik Prins gətiriləcək.
 
 
Kəşfiyyat şəbəkəsinin rəhbərlərindən birini isə İran-Kontra qalmaqalında (Prezident Ronald Reyqan dövründə ABŞ İrana silah satmaqla qalmayıb, əldə edilən gəlirlə qeyri-qanuni olaraq Nikaraqua qiyamçılarını maliyyələşdirirdi –red.) baş rolun ifaçısı, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəsmisi Oliver Nort olacağı bildirilir. Məlumata görə, kəşfiyyat şəbəkəsinin toplayacaqları informasiyalardan yalnız Tramp və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo xəbərdar olacaq.
Ağ Ev və Milli Təhlükəsizlik Şurası isə KİV-də yayılan iddiaları təkzib edib. Sözügedən qurumlar belə bir plan gündəmə gələcəyi halda belə, onun dəstəklənməyəcəyini bildiriblər.
Amerika nəşrləri qeyd edir ki, qlobal miqyasda fəaliyyət göstərəcək casusluq şəbəkəsi Trampa qarşı olan “dərin dövlət”ini oyundan kənarlaşdıracaq. İddiaya görə, Tramp ən böyük sponsorlarından xüsusi kəşfiyyat şəbəkəsinin maliyyələşdirilməsini istəyib.
Ömər

Загрузка...
Загрузка...