Tramp: "Sizin burada işiniz bitdi"

 
Sizin burada işiniz bitdi.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Donald Tramp "Əl-Cəzirə" müxbirinin ona sual ünvanlamaq istəməsinə cavab olaraq bildirib. Bu haqda məlumatı isə CNN müxbiri Eşli Killouq Tvitter hesabından paylaşıb.
 
Qeyd edək ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp 8 noyabr seçkilərində Hillari Klintonu məğlub edərək, ABŞ prezidenti seçilib.