​Tramp Əsədlə barışır

 
ABŞ Suriyada Bəşər Əsədə qarşı yox, İŞİD-ə qarşı mübarizə aparacaq.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti seçilən Donald Tramp "The Wall Street Journal" qəzetinə müsahibəsində bəyan edib.
 
"Bəzi insanlarla müqayisədə mənim Suriyadakı vəziyyətə bağlı mövqeyim fərqlidir. Suriya İŞİD-lə mübarizə aparır, bizdə həmçinin. Hazırda Rusiya Suriya ilə sıx ittifaqdadır. Bizim Suriyaya yaxın olan İranla münasibətlərimiz normallaşıb. Biz Suriyada üsyançıları dəstəkləsək də, onlar barədə dürüst anlayışımız yoxdur. Əsədin hədəfdə olması Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər", deyə Tramp bildirib.

Загрузка...
Загрузка...