​Tramp “Qüds tilovu”na düşür

Baxış sayı: 
191

    
 
BMT prezidentə yenidən impiçment təhlükəsi yaradıb
 
ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarı beynəlxalq səviyyədə qəbul olunmadı.Xəbər verildiyi kimi, sözügedən məsələnin BMT-nin Baş Assambleyasında müzakirəsi zamanı əksər dövlətlər prezident Donald Trampın qərarını yolverilməz hesab edib. ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamənin 128 dövlət lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.
 
Qeyd edək ki, BMT Baş Assambleyasında analoji müzakirələr 1980-ci ildə keçirilib.Həmin səsvermədə Birləşmiş Ştatlar bitərəf mövqe tutub.ABŞ prezidentinin son qərarı isə Donald Trampın ölkədə reytinqinin artmasına səbəb olmuşdu.Aparılan sorğular ABŞ vətəndaşlarının 63 faizinin onun bu addımını dəstəklədiyini göstərirdi.Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla həm də yəhudi lobbisinin ciddi dəstəyini qazana bilmişdi.Bu isə prezident Trampa qarşı impiçment qərarının Nümayəndələr Palatasında qəbul olunmaması ilə nəticələndi.Siyasi ekspertlərin fikrincə, Trampın həmin qərarı imzalaması üçün məhz dekabrın 6-sı seçməsi də təsadüfi deyildi. Tramp “Müqəddəs Nikolas Günü” bayramında Qüdsü İsrailə hədiyyə etməklə yəhudi lobbisinin dəstəyini almağa nail oldu. Bu gediş Ağ Evin rəhbərini impiçmentlə üzləşməkdən xilas edə bildi.
 
Lakin dünyadakı əksər dövlətlərin bu məsələdə ABŞ-a qarşı vahid mövqe nümayiş etdirməsinin ardınca BMT Baş Assableyasında keçirilən səsvermə Trampın qərarını qüvvədən salıb.Ona görə də D.Trampa qarşı ABŞ-ın siyasi elitasında siyasi təzyiqlərin yenidən güclənəcəyi istisna edilmir.Hətta impiçment təklifi yenidən gündəmə gələ bilər.
 
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, prezident Trampın hakimiyyəti üçün ciddi təhlükə yarandığından o, belə bir addımı atmaq məcbutiyyətində idi. O, Qüdslə bağlı məlum fərmanı imzalamaqla daxildə özünə qarşı siyasi təzyiqləri neytrallaşdrıa bilsə də, xarici siyasət sahəsində bunu demək mümkün deyil:
 
“Trampın davranışı əvvəla, İslam dünyasında özünə qarşı çox mənfi münasibətlə qarşılandı. İkincisi, bu qərarı müsəlman və ərəb ölkələrinin deyil, həmçinin ABŞ-ın müttəfiqi olan Avropa dövlətlərinin də tənqidinə səbəb oldu. Üçüncüsü, BMT-nin Baş Assambleyası səviyyəsində həmin qərarı tənqid edən qərar qəbul edildi və Azərbaycanda bu qərarın lehinə səs verdi. Bu beynəlxalq münasibətlər sistemində Donald Trampa qarşı mənfi münasibət formalaşdırdı.Ancaq ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərar hələ ABŞ-ın öz səfirliyini bu şəhərə köçürməsi demək deyil.Dövlət katibi Reks Tillerson da bəyan edib ki, ABŞ Qüdsdə səfirlik açmağa tələsmir.Hətta Amerikanın Qüdsdə səfirlik açması heç nəyi dəyişməyəcək.Çünki digər aparıcı ölkələr öz səfirliklərini Qüdsə köçürmək niyyətində deyillər.Yəni bu, beynəlxalq hüquq normalarına zidd şəkildə atılmış bir addım idi.Beynəlxalq geosiyasi münasibətlərin gərgin olduğu hazırkı dövrdə bu vəziyyəti özləri yaratdılar.Donald Tramp hələ prezident seçkiləri qabağı Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını vəd etmişdi.Amma bu məsələ onun əleyhinə işlədi”.
 
 
 
Fikrət Sadıqov hesab edir ki, ABŞ prezidenti sözügedən qərarı qəbul etməklə tələskənliyə yol verib:
 
“Görünür, onun ətrafında olan müşavirləri bəzi məqamları düşünməyib və ona belə bir tövsiyə veriblər. Əgər bir dövlət olaraq BMT-də təklənirsənsə, beynəlxalq hüquq normalarını pozursansa və islam dünyasına arxa çevirirsənsə, bu ABŞ-ın imicinə zərbə deməkdir”.
 
M.Abdulla
 
Cebhe.info
 
 

Загрузка...
Загрузка...