Tramp Putini Vaşinqtona dəvət etməyə hazırdır

Respublikaçıların 18-21 iyul tarixlərində keçiriləcək qurultayında ABŞ prezidenti postuna namizəd irəli sürülməsini təmin edən milyarder Donald Tramp Rusiya prezidenti Vladimir Putini Vaşinqtona dəvət etməyə hazır olduğunu bildirib.
 
APA-nın məlumatına görə, D. Tramp “Corriere della Sera” qəzetinə müsahibəsində ABŞ-Rusiya münasibətlərinin tam formatda bərpası ilə bağlı təşəbbüsünün V. Putin tərəfindən dəstəklənməsinə də münasibət bildirib.
 
D. Tramp deyib ki, V. Putin düz danışıb: “Biz münasibətləri dəstəkləməliyik. Rusiya ilə razılığa gəlmək gözəl olar, bu, dünyada vəziyyətə müsbət təsir göstərər. Rusiya da İŞİD terror təşkilatına qalib gəlmək istəyir. Rusiya gücdür və güclərimizi koordinasiya etmək müsbət ​