​Tramp prezident olur: 1 seçici səsi qaldı

 
Respublikaçı namizəd Donald Tramp prezidentliyə bir addım da yaxınlaşıb.
 
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
 
Məlumata görə, ABŞ-ın Alyaska və Pensilvaniya ştatlarında da üstünlük əldə edən Tramp 267 seçici səsinə çatıb.
 
Türkiyənin “Hürriyyət” qəzeti isə Trampın artıq 269 seçici səsi qazandığını yazıb.
 
Belə olan halda prezident olmaq üçün ona cəmi 1 seçici səsi kifayətdir.