​Tramp neftin qiymətində tramplin ola bilərmi?

 
 
 
 
Trampın prezident seçilməsinin bir çox sahələrlə yanaşı dünya iqtisadiyyatına necə təsir edəcəyi də müzakirə mövzusuna çevrilib. Bəziləri o fikirdədir ki, ticarətdən siyasətə gəlmiş prezident ABŞ, eləcə də dünya iqtisadiyyatının yüksəlişinə müsbət tövhələr verəcək. Çoxları isə bunun tam əksini düşünür.
 
Maraqlıdır, ticarətçi Tramp iqtisadiyyat sahəsində müsbətə doğru nələrəsə imza ata biləcəkmi? Əsasən də neftin qiymətində tramplin ola biləcəkmi?
 
Moderator.az-ın mövzu ilə bağlı suallarına iqtisadçı ekspert Nazim Bəydəmirli aydınlıq gətirib.
 
N.Bəydəmirli bundan sonrakı vəziyyətin elə də ürəkaçan olmayacağını bildirib:
 
 
 
 
"ABŞ-ın siyasi sistemi elə ideal qurulub, hakimiyyət bölgüsü elə aparılıb ki, əslində prezidentin kimliyi də həlledici deyil. Konkret olaraq ABŞ keçən ildən qlobal neft bazarına çox ciddi təsir edir və on illər ərzində neft ixracına qoyulmuş qadağa ləğv olunub, şist qazı Avropa bazarlarına çıxardılıb və s. Buna görə də neft və qazın qiymətləri düşüb.
Trampın yeni açıqlamaları onu göstərir ki, bu istiqamətdə işlər davam etdiriləcək və şist neftinin istehsalı daha da sürətləndiriləcək. Görünən odur ki, enerjidaşıcılarına ümid edən hökumətlərin gəlirləri azalacaq, xammal iqtisadiyyatları daralmaqda davam edəcək”.