​Tramp əleyhinə aksiyalarda bir nəfər vuruldu

 
ABŞ-da yeni seçilmiş prezident Donald Trampın əleyhinə keçirilən aksiyalar davam edir.
 
Turaninfo.az  Türkiyənin hurriyet.com.tr saytına istinadən xəbər verir ki, bu gün keçirilən etiraz aksiyası zamanı bir nümayişçiyə atəş açılıb.
 
Reutersin xəbərinə görə, ABŞ-ın qərb əyalətlərindən Oreqonun ən böyük şəhəri Portlandda davam edən etirazlar zamanı bir etirazçıya atəş açılıb. Portland polisinin tvitterdə paylaşdığı mesaja görə, Tramp əleyhinə nümayiş keçirənlər Morrison körpüsünü keçdiyi sırada bir adam vurulub. Polis hər kəsi təcili olaraq ərazini tərk etməyə çağırıb.
 
Qeyd edək ki, Trampa qarşı keçirilən aksiyaların ən güclüsü məhz ABŞ-ın qərb əyalətindədir. Sayları bir neçə mindən çox olan etirazçılar bəzi dükanları və avtomobillərin şüşələrini qırıblar.