​Tramp Klintonu tənqid etdi

 
ABŞ-da prezident seçilmiş Donald Tramp Visconsin ştatında bülletenlərin yenidən sayılmasını dəstəkləyən Hillari Klintonu tənqid edib.
 
Turaninfo.az  BBC-yə istinadla xəbər verir ki,  Tramp demokratların namizədi olan rəqibinə onun artıq nəticəni qəbul etdiyini xatırladıb.
 
Visconsində səslərin yenidən sayılmasını Yaşıllar Partiyasının namizədi Jill Stein tələb edib
 
Dr Stein həmçinin Michigan və Pennsylvania ştatlarında səslərin yenidən hesablanmasını istəyir. Onun sözlərinə görə, bu ştatlardakı rəqəmlərdə "qeyri-normallıq" mövcuddur.
 
Jill Stein əmin olmaq istəyir ki, hakerlər nəticələri cənab Tramp-ın xeyrinə dəyişməyib.
 
Seçki günündən əvvəl də Rusiya hakerlərinin nəticələrə müdaxilə edə biləcəyinə dair şübhələr var idi.
 
Adları çəkilən ştatlarda nəticələr fərqli olarsa, 8 noyabr prezident seçkilərinin nəticələri dəyişə bilər - hərçənd ki təhlilçilər buna çox da inanmırlar.
Hillari Klinton-un kampaniyası Visconsin-dəki hesablamalarda iştirak edəcəyini açıqlayıb.
 
Kampaniyanın baş məsləhətçisi Marc Elias bildirib ki, seçkilərə müdaxilə olunduğuna dair heç bir dəlil olmasa da, "bizim Hillari Klintona səs vermiş 64 milyondan çox amerikalı qarşısında məsuliyyətimiz olduğu üçün dəqiq nəticələrin əldə edilməsi prosesində iştirak edəcəyik".
 
Tramp Twitter-də səssaymanı "kədərli" adlandırıb.
"Çox vaxt və pul sərf ediləcək - eyni nəticə", o yazıb.
 
Dr Stein-in səslərin hesablanması məqsədilə ianə kimi topladığı pulun miqdarı hazırda 6 min dollardan çoxdur. Onun saytında deyilir ki, bu, Visconsin, Pennsilvania və Miçiqanda səssayma üçün bəsdir.

Загрузка...
Загрузка...