Tramp Kim Çeni təbrik etdi: "Zirvəmizi dörd gözlə gözləyirəm"

ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin nüvə və uzun mənzilli raketlərin testlərinin ləğv etməsindən sonra tvitter hesabından açıqlma verib.

Turaninfo.org xəbər verir ki, Tramp “Bu, Şimali Koreya və dünya üçün gözəl bir xəbərdir-böyük irəliləyişdir! Zirvəmizi dörd gözlə gözləyirik” ifadələrini yazıb.

Qeyd edək ki, Koreya yarımadasındakı sülh cəhdlərində irəliləyişin başlanması ilə birlikdə Şimali Koreya lideri Kim Çen In artıq nüvə raketi sınaqlarının keçirilməsinə gərək qalmadığını bildirib.

Qərara əsasən, 21 aprel tarixindən etibarən Şimali Koreyada raket sınaqları keçirilməyəcək.

Qərar çərçivəsində “Punggye-ri” nüvə sınaqları sahəsi də bağlanacaq./publika.az/

Загрузка...
Загрузка...