Tramp imicini dəyişmək qərarına gəlib

"Respublikaçılar" partiyasından ABŞ prezidentliyinə namizəd olmaq uğrunda mübarizə aparan Donald Tramp imicini dəyişmək qərarına gəlib.
Turaninfo.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə milyarderin baş yardımçısı Pol Manafort bağlı qapılar arxasında keçirilən xüsusi brifinqdə məlumat verib.
O, partiya liderlərinin tezliklə başqa bir Tramp görəcəklərinə əminliyini bildirib.
"Siz fərqli bir insan, əsl şəxsiyyət görəcəksiniz. Siz, həqiqətən, fərqli oğlan görəcəksiniz" - deyən baş yardımçı Trampla bağlı mənfi düşüncələrin aradan qalxacağına və vəziyyətin tezliklə dəyişəcəyinə əminlik ifadə edib.
Qeyd edək ki, aprelin 20-də "The Wall Street Journal"a müsahibəsində D.Tramp seçkiqabağı kampaniyasını əhəmiyyətli dərəcədə dəyişdirmək və onu daha çox ənənəvi məcraya salmaq niyyətində olduğunu bildirmişdi. ABŞ prezidentliyinə namizəd olmağa iddia edən milyarder xarici siyasətə daha çox diqqət ayırmaq niyyətini də ifadə etmişdi.