​Tramp ilk rəsmi səfərində Bakıya gəlir

 
ABŞ-ın 45 prezidenti Donald Tramp ilk rəsmi səfərini Rusiyaya edəcək
 
Turaninfo.az-ın Rusiya mənbələrinə etibarən verdiyi məlumatına görə 2017-ci ilin ilk aylarında D.Tramp ilk rəsmi səfəri Rusiyanın paytaxtı Moskvaya edəcək. Səfər çərçivəsində bir sıra əməkdaşlıq sazişləri imzalanması planlaşdırılır.Saytın xəbərinə görə,Rusiyaya səfəri başa çatdıqdan sonra Azərbaycana qeyri- rəsmi gəlməyi planlaşdırılan D.Trampın Bakıda ”Trump İnternational Hotel & Tower Baku”-nun açılışını edəcəyi gözlənilir.
 
Qeyd edək ki,inşaata start verilən gündən Trampın qızı İvanka Tramp layihənin gedişatı ilə yaxından maraqlanıb və bununla bağlı olaraq 2014-cü ildə ölkəmizdə səfərdə olub. D.Trampın özü də çıxışlarından birində “Trump İnternational Hotel & Tower Baku”nun “Trump Organization” standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biri olduğunu söyləyib.
 
Xatırladaq ki,Trump İnternational Hotel & Tower Baku”nun tikintisi Nəqliyya naziri Ziya Məmmədovun oğlu Garant Holdinqin rəhbəri Anar Məmmədovun rəhbərliyi ilə həyata keçirilir.