Tramp eyforiyası: nazir qardaşı xaricdəki biznesin başına keçdi - Şok təfsilat

 
Sabiq deputat Elton Məmmədov nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun xaricdəki biznesinin başına keçir
 
Bu barədə Politika.Az-ın əldə etdiyi məlumata görə, keçmiş deputatın artıq bizneslə məşğul olmasına qanun icazə verir.
 
E.Məmmədov ABŞ-da Trampın qələbəsindən sonra biznesi genişləndirmək və inkişaf etdirmək missiyasını üzərinə götürüb. Nazir qardaşını xaricdəki biznesinə vaqif edib. O, bu məsələdə ən çox elə E.Məmmədova güvənir.
 
Bu baxımdan sabiq deputat Trampın zəfərindən sonra Məmmədovlar ailəsinin biznesini gücləndirmək və şaxələndirmək öhdəliyi götürüb.
 
Ümid olunur ki, Trampın rəsmi Bakı ilə əlaqələrində yenilənmələr olacaq. Onun prezident seçilməsindən ən çox sevinən Məmmədovlar ailəsidir.
 
Nəqliyyat naziri Ziya Məmmədovun karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi ciddi tramplin ola bilər.
 
Məmmədovların yenidən iqtidarda yüksəlişi, öləziməkdə olan əlaqələrinin güclənməsi, bu klanın siyasi rolunun dirçəlişi gözləniləndir. İndi Məmmədovların çiçəyi çırtlayıb.
 
Donald Trampın ABŞ-ın prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovu şad-xürrəm edib. Məlumata görə, nazir sevincindən yerə göyə sığmır. Əldə etdiyimiz bilgilərdə iddia edilir ki, Z.Məmmədov Trampın şərəfinə ziyafət verib.
 
O, yaxın çevrəsi ilə bu qələbəni qeyd edib. Sevincindən yeyib-içmək məclisi təşkil edən nazir oğlu Anar Məmmədovla bu bayramı toy-büsata çevirib.
 
Z.Məmmədovun yolunun vitse-prezidentliyə açıldığı da bildirilir. Xeyli vaxtdır ki vurulan və səlahiyyətləri itirilən nazir revanşa hazırlaşır.
 
Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkündür.
 
Son zamanlar qürub çağını yaşayan nəqliyyat kralı tamamilə siyasi dayaqlarını itirib. Onun rəsmi şəkildə səlahiyyətlərinin də heç endirilməsi vəziyyətinin nə yerdə olduğunu ifadə edir.
 
Buna baxmayaraq Məmmədovun milyonluq sarayları qalmaqdadır. Ondan bu villaları hansı pula tikdiyini rəsmi qaydada soruşan da yoxdur. Ancaq gedişat göstərir ki, nazirin qələmi qırılıb və siyasi taleyi həll olunub.
 
Nəqliyyat Nazirliyinin ləğvi ilə bağlı sənədlər artıq hazır idi. Bununla belə Ziya Məmmədovun hansısa vəzifəyə təyin olunacağı inandırıcı görünmürdü.
 
Çünki artıq Ziya Məmmədovu tədbirlərə belə dəvət etmirdilər. Nazir əvvəlki kimi avtoritarlıq edə bilmir. Hakimiyyət düşərgəsində də nəqliyyat nazirinə münasibət dəyişib. İndi ona “bağda ərik var idi, salam-əleyk var idi” misalına bənzər hörmət saxlanır.