​Tramp dünya birjalarında təlatüm yaşadır – Son vəziyyət

 
ABŞ-da prezident seçkilərində, Senat və Konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampın prezident seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib.
 
Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu yazıb. O bildirib ki, ilkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri aşağı düşüb, avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb:
 
“Hazırda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 5 faiz, Avropa bazarını xarakteriszə edən Euro Stoxx 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi 2,6 faiz faiz dəyər itirib. Meksika pesosu 12 faiz aşağı düşərək, ilk dəfə olaraq 1 dollara 20 peso həddini keçib, yapon yeni bütün valyutalara nisbətdə qalxıb, qızıl Breksitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiyməti 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb. Bu, hələ son deyil. Bu dəyişikliklər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək”.
 
Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə qazanıb.