​Tramp bəyan etdi: “Savaşacağıq!” – VİDEO

 
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp xarici siyasət kursunu açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-ın xarici ölkələrdəki qarşıdurmalara müdaxilə əvəzinə, İŞİD kimi terror təşkilatları ilə mübarizəyə diqqət ayırmalı olduğunu söyləyib.
“Haqqında heç bir şey bilmədiyimiz xarici rejimləri devirmək yarışına son qoyaraq diqqətimizi İŞİD-i məğlub etmək üçün toplamalıyıq. Bu hədəfin arxasında gedən hər ölkə ABŞ-ın tərəfdaşı sayılacaq. Köhnə dostluqlarımızı gücləndirərək yeni dostluqlar qurmaq istəyirik. Tarixdən aldığımız dərslərlə sabitliyi təmin etmək istəyirik. Artıq dağıdıcı xarici müdaxilə siyasətinə və xaosa son qoyulmalıdır”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp hələ seçkilərdən əvvəl (8 noyabr) başqa ölkələrdə rejimlərin devrilməsi təcrübəsindən imtina edəcəyinə söz verib.

Загрузка...
Загрузка...