Tramp ABŞ-ı çökdürəcək - məşhur cizgi filmdə ŞOK səhnə - FOTO+ VİDEO

 
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın qalibiyyəti ilə bağlı əvvəlcədən xəbər verən "Simpsons" adlı multiplikasiya barədə yeni sensassion faktlar ortaya çıxıb.
 
Turaninfo.Az xarici mətbuata istinadən xəbər verir ki, 2000-ci illərdəki bölümlərindən birində cizgi filmin əsas oyunçularından biri olan Lisanın Trampdan sonra «ilk qadın prezident» olaraq canlandırılması izləyicilərin diqqətindən yayınmayıb. Ən diqqətçəkən məqam isə filmdə «prezidentlik» kürsüsünə əyləşən xanım Lisanın «Prezident Tramp bizə olduqca çox miqdarda büdcə kəsiri qoyub getdi» cümləsini işlətməsidir.
 
Cizgi filmdə göstərilən səhnə Trampdan sonra bu seçkilərdə məğlub olan demokrat namizəd Hillari Klintonun ABŞ-ın ilk xanım prezidenti olacağı ehtimalını yaradır.
Həmçinin dünyanın ən nüfuzlu analitikləri Trampın ABŞ üçün fəlakətlə sonlanacaq iqtisadi ssenarisinin olduğunu yazıblar. Onların iddiasına görə, yeni prezidentin yeridəcəyi iqtisadi  siyasət ABŞ-ın maliyyə gəlirlərini azaldacaq. Bu iddialar cizgi filmdəki Lisanın «Prezident Tramp bizə olduqca böyük miqdarda büdcə kəsiri qoyub getdi» cümləsi ilə tamamilə üst-üstə düşür.

Загрузка...
Загрузка...