TQDK cəbhə bölgəsində SQK yaratdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Füzuli, Tərtər və Goranboy rayonlarından olan məzunlar üçün səyyar sənəd qəbulu komissiyaları yaradıb.
Bu barədə TQDK-dan məlumat veriblər.
Xəbərdə deyilir ki, həmin rayonlarda yaşayan, ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiqini təmin etmək üçün səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) yaradır.
Səyyar SQK-lar aprelin 11-dən 15-dək Fizuli, Tərtər və Goranboyda sənəd qəbul edəcək.