​Toyuq korluğu: səbəblər və müalicəsi

 
Toyuq korluğu kifayət qədər yayılmış oftalmoloji pozulmadır. Tibdə toyuq korluğu "hemeralopiya" adlandırılır.
 
Hemeralopiya zamanı insan pis işıqlandırılmış yerlərdə (alaqaranlıq otaqda, axşam vaxtı çöldə) yaxşı görmür.
 
Toyuqların görməsinin xüsusiyyəti ondan ibarətdir ki, toyuqlar alaqaranlıq yerlərdə heç nə görmürlər. Bu səbəbdən el arasında bu xəstəliyə "toyuq korluğu" deyilir.
 
 
Toyuq korluğunun səbəbləri müxtəlifdir:
 
- anadangəlmə (irslə ötürülür və uşağın kiçik yaşlarında özünü büruzə verir)
 
- simptomatik (digər xəstəliklərin simptomu kimi meydana çıxır)
 
- essensial (normal görmə üçün lazım olan vitaminlərin çatışmazlığı zamanı)
 
Anadangəlmə toyuq korluğu müalicə olunmur.
 
 
Simptomatik hemeralopiya müxtəlif göz xəstəliklərinin (miopiya, qlaukoma, göz sinirinin atrofiyası və s. ) simptomu kimi meydana çıxa bilər. Bu səbəbdən özünüzdə bu simptomu müşahidə etmisinizsə, vaxt itirmədən oftalmoloqa müraciət edin. Bəzən toyuq korluğu ağır və təhlükəli göz xəstəliyinin ilk simptomu kimi meydana çıxır.
 
Essensial hemeralopiya xəstəliyin ən yayılmış formasıdır. Bunun səbəbi əsasən A vitaminin çatışmazlığıdır.
 
 
Hemeralopiyanın inkişafına bu kimi faktorlar təkan verə bilər:
 
- yuxusuzluq
 
- infeksiyalar
 
- sinir və ya fiziki tükənmə
 
- spirtli içkilərin qəbulu və siqaret çəkmək
 
- kompüretdə uzun müddət ərzində işləmək
 
- göz yorğunluğu.