Toy günü başqasıyla qaçan 19 yaşlı gəlinin aqibətindən — yeni XƏBƏR

 

Toy günü 19 yaşlı gəlini qaçıran şəxsin ailəsi polisə çağırılıb.
 
Bu barədə Ölkə.Az-ın əməkdaşıyla söhbətində qaçan gəlinin əmisi Gülağa Məmmədov (ad şərtidir) məlumat verib.
 
Onun sözlərinə görə, sentyabrın 20-dən sonra qardaşı qızından xəbər yoxdur:
 
"Neçə gündür nə qızdan, nə oğlandan xəbər yoxdur. Hazırda oğlanın ailəsi də polisə çağırılıb. Onlar da deyirlər ki, bizimlə əlaqə saxlamayıblar. Biz də gözləyirik, görək nə olur".
 
Xatırladaq ki, Ağsunun Göydəlləkli kəndindən olan 19 yaşlı qız toyu günü həmkəndlisinə qoşulub qaçıb. O, İsmayıllının Topçu kəndindən olan qohumuna nişanlı olub.