Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuz rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Dönük Qırıxlı kəndi ərazisindən keçən hissəində qeydə alınıb. “Lada-Priora” və “VAZ-21033” markalı avtomobillərin toqquşması nəticəsində “Lada-Priora”nın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.