Tovuzda 58 yaşlı kişi özünü körpüdən ataraq öldürüb

Tovuzda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Hilal Bağırov özünü kənd ərazisindəki körpüdən ataraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.