Tovuz rayon Polis Şöbəsi rəisinin 1-ci müavini işdən azad olunub

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin 1-ci müavini işdən azad olunub.
"Report"un məlumatına görə, Daxili işlər nazirinin əmrinə əsasən Elçin Əsgərov Tovuz RPŞ rəisinin 1-ci müavini vəzifəsinə təyin olunub. İşdən azad olunan 1-ci müavin Zəfər Zeynalov Daşkəsən Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini vəzivəsinə göndərilib. Tovuz RPŞ-dən "Report"a bildirilib ki, E.Əsgərov bundan əvvəl Tovuz RPŞ-nin Qovlar polis bölməsində (PB) çalışıb.