Torpağa basdırılmış 40-dan çox Qurani-Kərim tapıldı - FOTOLAR

 
 Türkiyənin Afyonkarahisar rayonunun Bolvadin qəsəbəsində torpağa basdırılmış halda tapılan onlarla Qurani-Kərim hüquq-mühafizə orqanlarını hərəkətə keçirib.
 
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Sultan Carullah Quran Kursu” yaxınlığında qazılmış çuxurdan çox sayda Qurani-Kərim tapılıb. Kitabları tapanlar dərhal polisə məlumat veriblər. Polis bununla bağlı bölgədə araşdırma işlərinə başlayıb, Quran kursu rəsmilərinin ifadələri alınıb. Daha sonra hadisə barədə prokurorluğa bildirilib. Prokurorluq hadisəylə bağlı istintaq işi başladıb.

İstintaq zamanı Quran kitablarının kursda çalışanlar tərəfindən basdırıldığı müəyyən edilib. İşçilər ilk ifadələrində Quranları torpağa tələbələrin oxuya bilmədikləri üçün basdırdıqlarını bildiriblər. Daha sonra yağış yağdığından basdırılmış kitablar üzə çıxıb.


 
Qəsəbə sakinləri, eləcə də sosial şəbəkələrdə bu hadisədən xəbər tutuan bəzi şəxslər ciddi rekasiya göstəriblər. Onlar bunu Qurani Kərimə hörmətsizlik kimi dəyərləndiriblər.
 
Qeyd edək ki, çuxurdan 40-dan çox Qurani-Kərim çıxarılıb.
Zəhra