Topuq çatlağına limonlu çarə…

Baxış sayı: 
169
0  
0  

Əlimizin altında təbii vasitələr ola-ola biz adətən süni preparatlardan mədəd umuruq.
Ayaqlarla bağlı ən sıx qarşılaşdığımız problemlərdən biri də topuq çatlarıdır. Bu çatlar həm vizual olaraq xoş görüntüyə mane olur, həm də bəzən ayaqda ağrılara səbəb olur. Bunu vaxtında aradan qaldırmasaq, xroniki hal da ala bilər.
Bəs bunun üçün nə etmək lazımdır
Kremlə yumşaltmaq, dabandaşından istifadə etmək tez nəticə vermirsə, o zaman bu vasitə çox işinizə yarayacaq.
Böyük bir limonu ortadan iki yerə ayırın və ayaqlarınızda sərtləşən bölgəni limonla ovuşdurun. Daha sonra limonu topuğunuza bağlayıb bir gecə saxayın.
Limonun tərkibundəki kimyəvi turşular sərtləşən dərinin yumşalmasına kömək edəcək. Limonu çıxardıqdan sonra ayağınızı ilıq su ilə yuyun, üzərindən nəmlədirici krem çəkin.
Oxuduğunuz  sizə qəribə gəlsə də, istifadə etdikdən sonra faydasını görəcəksiniz!
 

Загрузка...
Загрузка...