​Topçubaşovun dəfnindən “reportaj”- Rəsulzadənin kədərli nitqi

 
 
 
Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ilə bağlı silsilə yazılarına davam edir.
 
Bu dəfə Cümhuriyyətin əsas fiqurlarından olan Əbdürrəhman bəy Topçubaşovu yad edəcəyik. Moderator.az saytında Topçubaşovun həyat və fəaliyyəti haqqında bəzi məsələlərə toxunmuşuq. Bu dəfə bu böyük insan bu dünyadakı son günündən yazmaq istədik:
 
Topçubaşov 1934-cü ildə ağır və uzun sürən xəstəlikdən sonra vəfat edir. O, Paris yaxınlığındakı Sen-Klo məzarlığında dəfn olunur. Sonralar məlum olur ki o, həmin dövrün Azərbaycan siyasətçiləri arasında ən məşhur fiqurlardan biridir. Onun ölümü Rusiyadan gedən mühacirlərin əhəmiyyətli hissəsinin sarsılmasına səbəb olur. Ə. Topçubaşovla vida mərasimi ciddi siyasi nümayişlə müşayiət olunur. Dəfn mərasimində azərbaycanlı mühacirlərin böyük hissəsi ilə yanaşı Gürcüstan, Ukrayna, Türküstan, Şimali Qafqaz mühacirətinin nümayəndələri də fəal iştirak edirlər.
 
Beynəlxalq təşkilatların nümayəndələri də onun dəfninə gəlirlər. Hətta erməni mühacirlər də onunla vidalaşmaq üçün mərasimə qatılır.  Müxtəlif mühacir milli icmaların nümayəndələri: Akaki Sereteli, Mustafa Çakayoğlu, Vladimir Prokopoviç və başqaları mərhum haqqında son sözlərini dilə gətirirlər.
 
Həmin üzücü payız günündə Topçubaşovun dəfninə gələn insanlar Məhəmməd Əminin bu son akkordları qarşısında özlərini saxlaya bilmirlər: “Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!...
Bəli, Əli Mərdan bəyin keçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır.
Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
... Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər...
“Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq.
Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir”.
Budur sənə söyləyəcəyim son söz! ...
Sənə bizlərdən minlərlə rəhmət ! ...
Sənə bizlərdən minlərlə hörmət!! ..”
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...