Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində növbəti BİABIRÇILIQ - HƏKİM 500 MANAT RÜŞVƏTƏ GÖRƏ, XƏSTƏNİ EVƏ BURAXMIR.

Baxış sayı: 
92
0  
0  

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində həkim özbaşınalığı səbəbindən yaranan biabırçılqlar bitib-tükənmir. Belə ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, sözügedən xəstəxananın damar cərrahı Zöhrab Cəfərov hər hansı bir əməliyyat aparmadan, sadəcə resept yazaraq müalicə etdiyi Qazax rayon Daş Salahlı kənd sakini Nəsibə Vəliyevadan 500 manat rüşvət tələb edir. Xəbərdə o da iddia olunur ki, damar troplaşmasından əziyyət çəkən N.Vəliyeva adəçəkilən xəstəxanaya təyinatla gəlib:

"N.Vəliyeva bir həftədir ki, bu xəstəxanada yatır. Həkim Z.Cəfərov heç bir əməliyyat aparmayıb. Sadəcə resept yazaraq müalicə edib.

"Topçubaşov"un dövlət xəstəxanası olmasına rəğmən reseptə yazılan bütün dəva -dərmanı xəstənin özü alıb.

Hazırda N.Vəliyeva xəstəxanadan çıxmaq istəyir, amma həkim onun çıxmasını əngəlləyir. Bunun üçün pasientdən 500 manat rüşvət tələb edir və bu məbləği ödəməyəci halda onu xəstəxanadan buraxmayacağını bildirir.

Sosial şəraitinin və maddi vəziyyətinin ağır olduğunu deyən N.Vəliyeva həkimə 100 manat təklif etsə də də, Z.Cəfərov bu məbləğlə razılaşmayıb. Məhz ona görə də, N.Cəfərova xəstəxanada qalıb, onu evinə buraxmırlar"..

Загрузка...
Загрузка...