Tolikin "Lider" TV-dəki verilişi bağlanıb? – AÇIQLAMA

 
Xəbər verdiyimiz kimi, "Lider" TV 14 saatlıq yayıma keçir.
Publika.az xəbər verir ki, telekanal rəhbərliyi yeni mövsümdən şou verilişlərini maksimum şəkildə azaltdığını bildirib.
Bundan sonra hər gün 6 xəbər buraxılışı ilə yayımlanacaq kanalda prodüser Tarix Əliyevin (Tolik) maqazin proqramı “Bu bizik Toliklə”nin aqibəti barədə aparıcının özü ilə maraqlandıq. Suallarımıızı dolğun şəkildə cavablandıran prodüser belə açıqlama verdi:

“Aparıcı olduğum “Bu bizik Toliklə” proqramı yeni mövsümdə də davam edir. Bağlanması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Mənim verilişim 19 sentyabr tarixindən həftədə 2 dəfə canlı olaraq yayımlanacaq. Həftənin 2-ci və 4-cü günləri saat 13:30-dan 15:00-ə qədər efirdə olacağıq”.
Pərviz Hüseyn

Загрузка...
Загрузка...