Tolikdən Səmranın ünvanına ağır sözlər: “Sən mal kimi baxırsan!” (FOTO, VİDEO)

Prodüser Tarix Əliyev (Tolik) “Eurovision-2016″ mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimlinin ünvanına sərt tənqidi sözlər deyib.
BAKU.WS məlumat verir ki, prodüser erməni təmsilçi İveta Mukuçyanın “Eurovision”da qondarma Dağlıq Qarabağ bayrağı qaldırmasına münasibət bildirirkən təmsilçimiz Səmra Rəhimlini ona cavab vermədiyinə görə günahlandırıb:
“Səhər duran kimi saytlara baxdım ki, görüm, erməni köpəyinin cavabı verilibmi. Amma təəssüf ki, mətbuat konfransına baxdım və gördüm, Səmra yenə jurnalistlərə özünü şirin satmaqdan başqa heç nə etmir. Mən istəyirəm, erməni köpəyinə cavab verilsin. İnanın, özümü söyürəm. İki ildir “Eurovision”da olurdum, kaş bu il də orada olardım. İnanın, o bayrağı yandırmasaydım, Tolik olmazdım. Bundan sonra o Səmra yer də tutmasın. İstəyir, axırıncı yerə çıxsın, vecimə deyil. Qarabağın səsini duyurmasa, onlardan üzr istətdirməsə, bu yarışma heç olmasın. Azərbaycan gərək “Eurovision”dan imtina etsin. Şəhidlərimizin ahı onları tutacaq”.
İTV-nin baş direktor müavini Şaiq Məmmədovun finala keçən ölkə nümayəndlərinin iştirak etdiyi mətbuat konfransında sözügedən təxribat barədə danışmasına münasibət bildirən Tolik, Səmranın hörmətsizlik etdiyini bildirib:
“Bu videoya baxanda lap əsəbləşdirəm. Bu Səmranın üzündəki mimikaya bax. Sənin işğal altında olan ərazindən həmyerlin danışır, sən isə mal kimi baxırsan. Bu nə Azərbaycan təmsilçiliyidir, bu nə reaksiyadır, bu nə baxışdır? Sağ olsun Şaiq, heç olmasa öz sözünü çatdırdı, yoxsa Səmraya qalsa, heç bu haqda danışmayacaqdıq. Ayıb olsun”.