Toğrul Əsgərov: "Biz əlimizdən gələni edəcəyik ki..."

 
"Olimpiya oyunlarına böyük ümidlərlə gedirik, inanırıq ki, xalqımızı sevindirəcəyik".
 
Trend  bildirir ki, bunu Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına yola düşən Azərbaycan güləşçisi Toğrul Əsgərov deyib.
 
T.Əsgərov bildirib ki, idmançılar yarışlara kifayət qədər güclü hazırlaşıblar: "Olimpiya oyunlarına gedən bütün idmançılarımız peşəkardırlar. Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq. Bizə yaradılan bütün bu şəraitə görə ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk".