TƏNƏZZÜLDƏ BATIR XALQIM.

( belimizi qıran taarif şurasının beli qırılsın. Amin. )
Şeirdəki bəzi fikirlərimə görə məzlum xalqın hər bir üzvündən üzürlü saymalarını rica edirəm.Mən xalqımızı, dövltətimizi və vətənimizi sevən birisiyəm.
 
Dili batıb,lal olubdu,
Halı yaman hal olubdu,
Dimidrolu bol olubdu,
Acqarına yatır xalqım,
Tənəzzüldə batır xalqım.
Səsi yoxdu kömək üçün,
Haqq sözünü demək üçün.
Bircə tikə çörək üçün,
Çox "şeyini"satır xalqım,
Tənəzzüldə batır xalqım.
Gərək deyil qiybət, kiley.
Tərif gərək "Şura"ya hey...
Qoyun olsa nə nə vardı eyy,
Olub fağır "qatır" xalqım,
Tənəzzüldə batır xalqım.
Hamı qoruyur canını,
Döyülməkdən ünvanı.
Daha xoşbəxt,şən anını,
Yaddaşından atır xalqım,
Tənəzzüldə batır xalqım.
Tələ qura-qura xalqa,
Yağı çıxıb ŞURA xalqa.
Sahib yoxdu dura xalqa,
Daha sonu çatıb xalqın,
Tənəzzüldə batır xalqım.
1.Şura-Taarif şurası.

Загрузка...
Загрузка...