Təmas xəttində DÖYÜŞLƏR GEDİR – 4 ölü, 1 yaralı

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
Publika.az UNİAN agentliyinə xəbər verir ki, anti-terror əməliyyatları qərargahından verilən məlumata görə, ötən gün ərzində “Rusiyanın hibrid qoşunları” Ukraynanın Silahlı qüvvələrinin mövqelərinə 28 dəfə atəş açıb.
Nəticədə, 4 Ukrayna hərbi qulluqçusu həlak olub, biri yaralanıb.
Ukrayna ordusu qumbaraatanlar, pulemyotlar və atıcı silahdan rəqibə cavab atəşi açıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...