Tələbəni unutdular, 3 gün mağaranın nəm divarlarını yalamaqla ölümdən qurtuldu...

 
 
Amerikanın İndiana ştatından 19 yaşlı fizik tələbə Lukas Kavar universitetin speleoklubu (yeraltı mağaraları, yeraltı qurğuları öyrənən klub)  ilə birlikdə Sallivan mağarasına səyahət edib və qrupdan aralı düşüb. Səyahətçilər mağaranın giriş qapısını bağlayıb gedirlər. Tələbə üç gün mağarada ac-susuz qalır.
 
“Mən çox həyəcanlı və qorxu içindəydim. Bir müddət keçəndən sonra özümü toplayıb vəziyyətdən çıxmaq haqqında, yaşamaq haqqında düşünməyə başladım.”
 
Mağarada rabitə siqnalının olmaması, həm də şarjı tezliklə bitdiyinə görə mobil telefonla xəbər vermək imkanları olmayan tələbə üç gün mağaranın nəm divarlarını yalamaqla susuzluğunu yatırır, qapı ağzından qışqırırmış ki, bəlkə avtomobilçilər onu eşidə. Tələbənin yoxluğunu universitetdə yalnız üç gündən sonra hiss ediblər. Onun ardınca gəlir və xilas edirlər. Maraqlısı budur ki, tələbə tibbi yardımdan imtina edir.

Загрузка...
Загрузка...