Təkzib və üzrxahlıq

Təkzib və üzrxahlıqSon aylarda Politika.Az xəbər portalında ADAU rektoru İbrahim Cəfərov və onun rəhbərlik etdiyi ali məktəb barədə bir neçə xəbər yayımlanmışdır
Həmin yazılar əməkdaşımız Yaşar Nuriyev tərəfindən hazırlanaraq, yayımlanmışdır. Lakin sonradan araşdırmalar zamanı müəyyən edilmişdir ki, adıçəkilən materiallarda ifadəsini tapan fikirlər, məqamlar və faktlar heç də həqiqəti əks etdirmir. Bu isə saytımızın oxucularına və ADAU-ya və onun rektoru akademik İbrahim Cəfərov barəsində həqiqətə uyğun olmayan məlumatların yayımlanmasına gətirib çıxarıb və nəticədə bu materiallar oxucularda yanlış fikir yaradıb. Politika.Az xəbər portalının rəhbərliyi bütün bunları nəzərə alaraq yazının müəllifi Yaşar Nuriyevi işdən qovmuşdur. Politika.Az xəbər portalı şəxsən İbrahim Cəfərovdan və onun rəhbərlik etdiyi ali məktəbin kollektivindən üzr istəyir və təkzib təqdim edir.