“Tək çıxış yolu Rusiya ilə birləşməkdir” - Canlı efirdə ŞOK TƏKLİF - VİDEO

Baxış sayı: 
165
0  
0  

Ukraynanın Krivoy Roq şəhərinin sakinlərindən biri “NewsOne” telekanalının canlı efirinə qoşularaq qeyri-adi təkliflə çıxış edib.
Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Lyudmila Qriqori 1991-ci il müstəqillik referendumunun nəticələrini ləğv etməyi və Rusiya ilə birləşməyi təklif edib.
Onun fikrincə, bu, Donbasda müharibənin dayandırılması üçün tək şansdır. Ukraynalının sözlərinə görə, müstəqilliyin əldə edilməsindən 26 il keçib və bu müddətdə ölkə heç nəyə nail ola bilməyib. Lyudmila Qriqori əlavə edib ki, qərb sosioloqlarının tədqiqatlarına əsasən, Ukrayna dünyanın ən kasıb ölkələrindən biridir, həmçinin korrupsiya və terror aktlarının sayına görə, ön sıralardadır.
O, qeyd edib ki, sakinlər müharibənin inkişafından qorxurlar, onun bütün ölkəni əhatə edəcəyindən ehtiyat edirlər.
“Burada yalnız bir çıxış yolu var: Rusiya ilə yenidən birləşmək”, - o bildirib.
Studiyaya zəng etmiş qadın verilişin qonağı olan keçmiş baş nazir, sabiq müdafiə naziri Yuri Yexanurovdan da müharibəni dayandırmaq üçün 1991-ci il referendumunun nəticələrini təkrar gözdən keçirməyin vaxtı olub-olmadığını soruşub.
Yuri Yexanurov ukraynalı qadının fikirlərini bölüşməyib. O bildirib ki, Ukrayna müstəqil ölkədir və bu müstəqilliyin əvəzini qanla ödəyib.
Siyasətçi əmin edib ki, prinsip etibarilə ən yaxın yüzillikdə heç bir birləşmə olmayacaq.
“Bunu unutmaq lazımdır”, - sabiq məmur yekunlaşdırıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...