​"Titanik": gəmi əslində nə aparırdı?

 
 
 
 
Elmi ictimaiyyət fəlakətin əsl səbəbləri barədə müzakirələri dayandırmaq bilmir: bir variantda gəmi kapitanı qaçaq xəzinə apardığına görə onu ələ keçirmək üçün gəmiyə xüsusi olaraq hücum edildiyi deyilir.
 
"Titanik": gəmi əslində nə aparırdı?
 
Titanikin faciəli tarixi saysız-hesabsız kitabların, sənədli filmlərin, elmi-tədqiqat işlərinin mövzusu olmuşdur. Yüz ildən də çox bundan əvvəl zamanının ən böyük gəmisi aysberqə dəyərək batdı və özü ilə 1500-dən çox insanı apardı.
Bu gün də qəzanın əsl səbəbləri haqda elmi ictimaiyyət arasında müzakirələr bitmək bilmir: gəmi kapitanının göyərtidə gizli apardığı xəzinələri ələ keçirmək məqsədilə ona xüsusi hücum edildiyi haqda fikirlər mövcuddur. Fərziyyələrin bir çoxu absurd görünsə də müəyyən nəzəriyyələr faktlarla təsdiq olunub.
 
Tiryək
 
Titanikin səyahəti zamanı 4 sərnişin tiryəkdən əzab çəkdiyinə görə müalicə üçün gəminin göyərtəsindəki qospitala yerləşdirilib. 2012-ci ildə artıq bir çox sivil ölkələrdə tiryəkin satışına qadağa qoyulmuşdu və həmin səbəbdən bu otun daşınması xeyli bahalaşmışdı. Batmış Titanikdə bir neçə ton preslənmiş tiryək qalıqları tapılıb. Şübhəsiz, bu ot qeyri-qanuni daşınırdı.
 
Ümid almazı
 
Bir nəzəriyyəyə görə ər-arvad Titanikdə nadir bir mavi Ümid almazı aparırmış. Ta qədimdən bu daş lənətlənməsi ilə tanınıb: Hindistanda oğurlanmış bu almaz əvvəlcə XV Lüdovikə, sonradan isə sonu edamla bitən Mariya Antuanettaya keçib. O da deyilir ki, Avropaya taunu da mavi Ümid almazı gətirib və həmin almaz da öz yeni sahiblərini və bütöv bir gəmini məhv edib.
 
Misir mumiyası
 
Qəzadan xilas olmuş dənizçilərdən bir neçəsi mətbuat və polisə səfərdən əvvəl gəminin göyərtəsinə Misir mumiyasının qaldırılması haqda kifayət qədər qəribə tarixçə danışıb. Bu sirli qutunu Amerikaya aparan Lord Kentervil qiymətli yükün birbaşa kapitan körpüsündə qorunmasını təkidlə tələb edib.
 
Qızıl külçələr
 
Gəmidə birinci yerləri çox varlı adamlar alıb. Batmış gəmiyə olan elə ilk ekspedisiya oradakı xəzinənin 250 milyon dəyərində olduğunu açıqladı. Əntiq əşyalar, incəsənət əsərləri və qiymətli daşlar çəkiliş edildi və ən qiymətli əşyalardan bəziləri yuxarı qaldırılsa da, nəhəng gəminin aşağı göyərtəsində yerləşən dəmir seyfləri yuxarı qaldırmaq mümkün olmadı. Güman edilir ki, həmin seyflərdə Mason ordeninin etibarlı rəhbərlərindən biri tonla qızıl aparırmış.
 
Bahalı rəsm
 
Dəqiq məlumdur ki, Titanikdə Jak-Fransua Blondelin La Circassienne Au Bain adlı rəsm əsəri aparılıb, hətta buna görə sığorta şirkəti onun sahibi Moritz Steffansona 100 min dollar ödəniş də edib. Bugünkü ölçülərlə bu məbləğ 2 milyon 500 min dollardan da artıqdır. Maraqlıdır ki, Steffanson son dərəcə bahalı rəsmlər kolleksiyası barədə söhbət açsa da sonradan sözlərini geri götürməyi lazım bilib.
Güman edilir ki, əslində Steffanson Titanikdə Avropanın ən böyük muzeylərindən oğurlanmış nadir rəsmlər aparırmış.