Timoşenko Yatsenyukun istefasını alt paltarı ilə müqayisə etdi

“Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko bəyan edib ki, baş nazir arseni Yatsenyukun Vladimir Qroysmanla əvəz olunması Ukraynaya heç bir ciddi dəyişiklik gətirməyəcək.
Turaninfo.az Avropa.info-ya istinadən  xəbər verir ki, o, bu barədə ölkə parlamentinin tribunasından danışıb. Timoşenko bu barədə lətifə də danışıb:
“Mövzu ilə bağlı gülməli lətifə yada düşür. Əsir düşərgəsində dedilər ki, bu gün alt paltarlarını dəyişəcəklər – birinci barak ikinci barakla dəyişəcək”.
Onun fikrinə görə, danışıqların nəticəsi o olacaq ki, “Xalq cəbhəsi”ni təmsil edən Arseni Yatsenyukla Poroşenkonun adamı Qroysman yerlərini dəyişəcək.
“Bütün ölkə əlində popkorn oturub tamaşa edir ki, siz siyasətçilərdə vicdan varmı və bu salnamə necə bitəcək” – Timoşenko belə deyib. O, hökuməti ölkəni böhrandan çıxarmamaqda ittiham edib.
Qeyd edək ki, bu gecə prezident Poroşenko partiyasından olan deputatları toplayaraq yeni hökumət formalaşdırmaq tapşırığı verib. Əks halda ABŞ-ın ayırdığı 1 milyard dollar krediti almaq mümkün olmayacaq.
“Qərar olmayacaqsa, ABŞ-ın qarantiyası, BVF-nin maliyyə proqramı da olmayacaq” – Poroşenko belə deyib.
Poroşenkonun tərəfdarları Qroysmanın namizədliyini dəstəkləyib.